12.07.2019 - 22:16
Hadisə
23 baxış
Lənkəranda 18 yaşlı gənc itkin düşüb - FOTO
Lənkəranda 18 yaşlı gənc itkin düşüb.
Oxu.Az-ın bölgə müxbirinin xəbərinə görə, rayonun Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu dünən evdən çıxıb və bir daha geri qayıtmayıb.
O, evdən çıxanda idman zalına, məşq etməyə gedəcəyini deyib.
1.65 m boyu olan gənc evdən çıxarkən boz rəngli köynək və ağ şalvarda olub.
Sonuncu dəfə R.Axundlunu dünən axşam saatlarında Həzi Aslanov adına Xatirə Parkına gedən yolda görüblər.
Onu görənlərdən Lənkəran Rayon Polis Şöbəsinə və ya (055) 673-65-07 əlaqə nömrəsinə məlumat vermələri xahiş olunur.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
20.10.2026 - 15:24
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
20.10.2026 - 15:04
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
20.10.2026 - 14:54
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
20.10.2026 - 14:34
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
20.10.2026 - 12:14
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
19.10.2026 - 15:44
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
19.10.2026 - 14:53
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
13.10.2026 - 10:24