Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputatdan açıqlama
“Lənkəranın hava limanının Rusiyaya icarəyə verilməsi təklifini etmişəm. Görünür, fikirlərimi ətraflı oxumadan müzakirəyə çıxarıblar”.
Minval.info xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev haqqında səslənən tənqidi fikirlərə münasibət bildirərkən deyib.
Rüfət Quliyev fikirlərinin yanlış anlaşıldığını bildirib:
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ikinci gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi gedirdi. Müzakirələr zamanı iclasda əyləşənlərə sual ünvanlayaraq dedim: “Azərbaycanda bu qədər möhtəşəm idman kompleksləri var. Bundan başqa rayonlarımızda dünya standartlarına cavab verən hava limanlarımız var. Bunlara büdcədən nə qədər pul ayrılır. Daha maraqlısı odur ki, büdcədən ayrılan pullar artır, azalır yoxsa yerində qalır?”.
Sözümün canı odur ki, cənab prezidentin tapşırığı ilə tikilən obyektlərin xərcləri, işçilərin əmək haqları məsələsi var. Elə edək ki, bu obyektlərə büdcədən ayrılmalar azalsın və özləri özlərini maliyyələşdirə, yəni dolandıra bilsinlər”.
Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif etdiyini öyləyib:
“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif oluna bilər. Həmin qurum hava limanını ya bütöv, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda