Kürdəmirdə vəzifəli şəxs koronavirusdan ölüb
Kürdəmir rayonunda icra nümayəndəsi vəfat edib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Kürdəmir Rayon İcra Hakimiyyətinin Topalhəsənli kənd üzrə İcra nümayəndəsi 59 yaşlı Rəsulov Rasim Aydın oğlunun qəfildən halı pisləşib. Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılan R.Rəsulovun qanında şəkərin miqdarının artdığı məlum olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ondan koronavirusa yoluxma halının müəyyənləşdirilməsi ilə əlaqədar test götürülüb. Hazırda test analizinin cavabı hələlik olmasa da, mərhumun koronavirus infeksiyasına yoluxduğu və bu xəstəlikdən dünyasını dəyişdiyi ehtimal olunur.
R.Rəsulovun cənazəsi polisin nəzarəti altında birbaşa qəbiristanlığa aparılaraq dəfn olunacaq.
Qeyd edək ki, R.Rəsulov 10 ilə yaxındır bu vəzifədə çalışırdı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı