Kürdəmirdə kütləvi dava olub, xəsarət alanlar var - Foto
Kürdəmir rayonunda kütləvi dava olub.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Çöl-Qubalı kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri – 1990-cı il təvəllüdlü Hüseynov Ramiz Mübariz oğlu və 2000-ci il təvəllüdlü Hüseynov Elxan İlham oğlu “QAZel” markalı avtomobillə kənd ərazisində hərəkətdə olarkən onların qarşısını həmkəndliləri – Həsənov İntizam, Həsənov Elşən, Həsənov Sahil və Həsənov Elbrus kəsiblər.
Aralarında yaranan mübahisə sonda əlbəyaxa davaya çevrilib. Nəticədə Ramiz və Elxan Hüseynovlar küt alətlərlə ağır bədən xəsarətləri alıblar. Onlar Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.
Qeyd edək ki, hadisə nəticəsində Hüseynov Ramizə məxsus “QAZel” markalı yük maşınına ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı