"Kür çayında fəlakət yaşanır" - Qurumlar bir-birinin üzərinə atır (FOTO)
“Kür çayında ekoloji fəlakət yaşanır”.
Bu barədə Salyan sakini Emil Məmmədov məlumat paylaşıb. O, dəniz sularının Kürə qarışdığını bildirib:
“Artıq Kürün səviyyəsi o qədər enib ki, mənsəbdə 20 km-ə yaxın məsafədə dəniz suları Kür suyuna qarışaraq onu şorlaşdırıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla Neftçala rayonunun 20-ə yaxın yaşayış məntəqəsinin sakinləri içmək və mal-qaraya vermək üçün talx sudan istifadəyə məcburdur. Müvafiq dövlət qurumları bir araya gəlib təcili tədbir görməsələr, vəziyyət daha da dözülməz olacaq”.
Sözügedən şikayətlə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) “MediaPost”un sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti məşğul olmalıdır.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı “MediaPost”un sorğusuna cavab olaraq bildirib ki, məsələ onların səlahiyyətində deyil:
“Kür çayına cavabdeh qurum ETSN-dır. Ümumiyyətlə, Azərbaycanın bütün su ehtiyatlarının idarə olunması, suyun tərkibi ilə bağlı məsələyə nazirlik nəzarət etməlidir. Biz sadəcə, Hacıqabul rayonu ərazisində Kürün suyunu götürərək Bakı, Şirvan, Salyan və Biləsuvara veririk. Digər məsələlər bizlik deyil. Kürün suyu şoranlaşıbsa, burada bizlik heç nə yoxdur”.
Neftçala Rayon İcra Hakimiyyətindən isə zənglərə cavab verən olmadı.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sosial şəbəkələrdə yayılan bu sənəd saxtadır
Pensiya kapitalında dəyişikliklərə dair rəsmi açıqlama
Hamilə müəllimə ilə müqavilə bağlanmamasının səbəbi açıqlandı
Qadınlara hamiləlik və doğum müavinətində mühüm yeniliklər
Şəhid ailələrinə 20 min manat müavinət veriləcək
Sosial şəbəkələrdəki ölümcül trend: bu qarışıq təhlükə saçır
Velosiped və skuterlərlə bağlı yeni təklif: tələbələrə güzəşt edilə bilər