Külli miqdarda siqaret aşkar olunub
Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə müxtəlif yollarla ölkəyə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan tütün məmulatlarının “Chevrolet Aveo” markalı avtomobillə paytaxtın Süleyman Rəhimov küçəsindəki köşklərdən birinə aparılması barədə məlumat daxil olub.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən musavat.com-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda müvafiq tədbirlər həyata keçirib. Avtomobildən düşərək köşkə daxil olan Azərbaycan Respublikası vətəndaşının əlindəki torbaya baxış zamanı orada tütün məmulatlarının olduğu müəyyənləşdirilib.
Daha sonra həmin şəxs avtomobildə və köşkdə də tütün məmulatlarının olduğunu etiraf edib. Yoxlama zamanı həmin şəxsin əlindəki torbadan, avtomobildəki çantadan, köşkün vitrinindən və divarında düzəldilən xüsusi saxlanc yerindən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 61 200 ədəd müxtəlif markalı siqaretlər, 1 ədəd karton qutuda qablaşdırılan Azərbaycan Respublikasına məxsus 110 ədəd aksiz markası və 4 ədəd ülgüc aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı