Küçədə qadına şillə vuran Əhmədə hökm oxundu - VİDEO
Bakıda qadına qarşı xuliqanlıq hərəkətləri törətməkdə təqsirləndirilən Əhməd Hüseynova hökm oxunub və o, 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Minval.info” xəbər verir ki, “Report”un məlumatın görə, bu barədə hökm Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Səfərovun sədrliyi ilə keçiirlən prosedə elan olunub.
Qeyd edək ki, paytaxtın Yasamal rayon sakini, 1993-cü il təvəllüdlü Ə.Hüseynov bir neçə gün əvvəl ictimai qaydanı kobud surətdə pozaraq qadınlara qarşı xuliqanlıq hərəkətləri törədib.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Belə ki, o, qadına küçədə şillə vuraraq qaçıb. Daha sonra Ə.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.
O, ilkin ifadəsində törətdiyi əməlləri etiraf edib.
İctimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunmasının tərkib əlamətləri olduğundan fakta görə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb.
https://youtu.be/sQHSju_e-bc
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"