Kriştiano ronaldo və corcina rodrigez: 6 illik sevgi hekayəsi nikahla taclandı
Dünya futbolunun tanınmış siması Kriştiano Ronaldo və onun sevgilisi, model Corcina Rodrigez rəsmi olaraq ailə həyatı qurublar. Nikah mərasimi Portuqaliyanın Kaşkayş şəhərində, avqustun 11-də baş tutub.
Minval.info xəbər verir ki, 41 yaşlı Ronaldo və 32 yaşlı Rodrigezin nikah mərasimi xüsusi və səmimi bir mühitdə keçirilib. Tədbirdə cütlüyün beş övladı da iştirak edib.
Ronaldo, sosial media hesabında həyat yoldaşı ilə birlikdə çəkilmiş və toy üzüklərinin göründüyü bir fotoşəkil paylaşaraq bu xoşbəxt anı izləyiciləri ilə bölüşüb.
Xatırladaq ki, cütlük 2017-ci ildən bəri birlikdədir və 2025-ci ilin avqust ayında nişanlandıqlarını elan etmişdilər. Rodrigez həmin vaxt İnstaqramda böyük bir brilyant üzüyün fotosunu paylaşaraq ispan dilində “Sí, quiero. En esta y en todas mis vidas” ifadəsini yazmışdı ki, bu da “Bəli, razıyam. Bu və bütün həyatlarımdа” mənasını verir.
Kriştiano Ronaldo və Corcina Rodrigezin beş övladı var. Onların əkizləri Eva Mariya və Mateo 9, qızları Alana 8, Bella isə 4 yaşındadır. Ronaldonun əvvəlki münasibətindən olan 16 yaşlı oğlu Kriştiano Ronaldo Jr. da ailənin üzvüdür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var
Şükufə Yusupovanın səhhəti stabildir: Son durum
Toydan çıxan piyada faciəvi şəkildə öldü
Hindistanda sirk faciəsi: Akrobatın dəhşətli ölümü
Toylara maraq azalır: Şadlıq evləri boş qalır