Əkrəm İmamoğlu qərarını açıqladı: Derbiyə gedəcək?
Rəsmi olmayan nəticələrə görə İstanbulun bələdiyyə sədri seçilən Əkrəm İmamoğlu bu axşam baş tutacaq “Fənərbaxça” – “Qalatasaray” derbisi idə bağlı qərarını açıqlayıb.
Fanat.Az xəbər verir ki, “Twitter”də açıqlama verən Əkrəm İmamoğlu “Fənərbaxça” “Ülkər” stadionunda baş tutacaq qarşılaşmanı canlı izləyəcəyini bildirib: “Can Bartu və Mətin Oktayı hörmətlə yad edirəm. Hər zaman sevgi və sayğı qazanacaq. Əsirlik derbidə centlmenlik ruhu ilə “Fənərbaxça” və “Qalatasaray”a uğurlar arzulayıram. Bu axşam həyacanı stadionda birlikdə yaşayacağıq”.
Qeyd edək ki, Əkrəm İmamoğlu ötən gün “Ülkər” stadionunda keçirilən Can Bartu ilə vida mərasiminə qatılıb. Azarkeşlər onu “Atatürkün əsgərləriyik” şüarı ilə qarşılayıb.
O, ötən gün həmçinin “Beşiktaş” – “Başakşəhər” oyununu da stadiondan izləyib. Azarkeşlər oyun ərzində müxtəlif şüarlarla ona dəstək verib. Bu gün isə “Ülkər” stadionunda eyni vəziyyətin yaranacağı gözlənilir. Hakim partiyaya yaxın bəzi siyasətçilər və jurnalistlər “siyasi gərginlik yaaratmamaq” üçün Əksər İmamoğlunu derbiyə getməkdən imtina etməyə çağırmışdı.
Fanat.Az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı