Koronavirusun yeni simptomları

“Koronavirusun yeni ştammlarının ortaya çıxması səbəbindən onun klinik mənzərəsi daim dəyişir”.
Minval.info xəbər verir ki, bu barədə rusiyalı infeksionist Oksana Staneviç melumat verib.
ƏLAQƏLİ
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
İndi COVID-19-un əlamətləri ishal, ürəkbulanma, qusma və qarın ağrısı kimi qastroentrit simptomlarıdır.
Həkimin sözlərinə görə, koronavirus xəstəliyinin başlanğıcında xəstələr bu əlamətlərin olduğunu deyirlər.
“Əksər hallarda xəstələr bunun koronavirus olmadığını, adi bağırsaq infeksiyası olduğunu düşünür və səhv müalicə etməyə başlayırlar. Xəstə qusma və ishal nəticəsində çoxlu maye və elektrolit itirir. Çox vaxt belə xəstələr xəstəxanaya orqanizmin çoxlu su itirmiş vəziyyətində daxil olurlar”, – deyə mütəxəssis bildirib.
O vurğulayır ki, isti havalarda xəstələrə nəzarət etmək daha çətindir, çünki bədənin susuz qalması səbəbindən böyrəkdə ciddi problemlər yarana bilir. Bu kimi ağırlaşmalar ambulator mərhələdə antiviral dərman qəbul edən insanlarda da müşahidə olunur.
ƏLAQƏLİ
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
TƏBİB-in icraçı direktoru: 72 mindən çox tibb işçisinin maaşı artırılıb
Valideynlərə bağçalarda infeksiya xəbərdarlığı!
Zaqatala xəstəxanasında kadr dəyişikliyi: Qurbanovun qohumu işdən çıxdı
İsti çörək həzm problemlərinə səbəb ola bilər!
Payızda viruslara qarşı mübarizə: Vacib tövsiyələr
Fəsil dəyişiklikləri: Orqanizmdə hansı dəyişikliklər olur?
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi işdən çıxarıldı