Koronavirusu 20 dəqiqədə müəyyən edən test yaradıldı
Cənubi Koreyada koronavirusu 20 dəqiqədə analiz etməyə imkan verən bir reagent (kimyəvi reaksiyanın meydana gəlməsini asanlaşdıran maddə) yaradılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Cənubi Koreyanın Daequ Elm və Texnologiya institutu açıqlama yayıb. Bildirilib ki, biokimyəvi analizlər zamanı reaksiyaları sürətləndirən və asanlaşdıran reagent vasitəsilə test müddətini 20 dəqiqəyə qədər qısaltmaq mümkün olacaq.
Artıq 120-dən çox ölkə Cənubi Koreyaya yaratdığı koronavirus analiz dəstlərini almaq və ya humanitar yardım olaraq əldə etmək üçün sorğu göndərib.
Xatırladaq ki, Cənubi Koreya alimləri ilkin mərhələdə də koronavirus testlərinin müddətini 2 gündən 6 saata endirə bilmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vilyam Hacıyevin qablaşdırılaraq gizlətdiyi pullar üzə çıxdı - FOTO
"İnsanlar peyvənddən boyun qaçırsa, açılan sahələr də bağlanacaq" - Deputat
Partlayışda ağır xəsarət alan çempionun xəstəxanadan - Fotosu
Şəbnəm Tovuzlu hamilədir
25 kiloqram çəki atdı, cazibədar model oldu -