Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinə verilən əlavə kəsilib?
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqlarına müddətli əlavənin verilməsi ilə bağlı tibb işçilərinin şikayəti var.
“Minval.info” xəbər verir ki, bu barədə “oxu.az”ın redaksiyasına həkimlər müraciət ediblər.
Müraciət edən işçilər bildiriblər ki, yanvar ayında 1000 manat əlavə ödəmə alırdılarsa, mart ayında bu məbləğ 100-150 manat olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu ilin mart ayından başlayaraq ölkədə koronavirus infeksiyasına yoluxanların sayında azalma müşahidə edilib:
“Bu baxımdan tibb müəssisələrində də virusa yoluxmuş xəstələrin sayında mart ayı üzrə azalma qeyd edildiyindən bu istiqamət üzrə tibbi xidmət göstərmiş tibb işçilərinin iş saatları xəstə sayına görə tənzimlənib.
Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə mart ayı üzrə ödənilmiş müddətli əlavələr yuxarıda qeyd edilən iş saatlarına mütənasib olaraq həyata keçirilib”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq