Koronavirusla Mübarizə Fonduna yığılan pullar belə xərclənəcək
“Koronavirusla Mübarizəyə Dəstək Fonduna yığılan vəsait hələ ki, xərclənməyib. Vəsaitin xərclənməsi mexanizmi tam formalaşmayıb”.
“Minval.info” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-də deyib. O qeyd edib ki, vəsaitin xərclənməsi zamanı şəffaflıq maksimum təmin olunacaq:
“Bu, xalq vəsaitidir. Çox müqəddəs bir iş, ölkəmizin və xalqımızın təhlükəsizliyini təmin etmək üçün xərclənəcək. Bununla bağlı komissiya yaradılacaq. Komissiyada alimlər, deputatlar, maliyyəçilər, iqtisadçılar olacaq. Həmin adamlar qərar verəcək ki, istiqamət hara xərclənsin. Onlar həm də vəsaitin xərclənməsinə nəzarət edəcəklər.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Koronavirusla Mübarizəyə Dəstək Fondunun saytında vəsaitin xərclənməsi bölümü var. O bölməyə vətəndaşlar daxil olub hər bir qəpiyin hansı istiqamətə xərcləndiyi haqqında məlumat ala biləcək”.
Qeyd edək ki, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 110,847,432 manat yardım köçürülüb.
“Minval.info”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda