Koronavirusa görə birbaşa maliyyə yardımı necə veriləcək? - Mikayıl Cabbarov açıqladı
“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”.
Qafqaz.info xəbər verir ki, bu sözləri İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində deyib. Nazir bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələri müəyyənləşdirilib:
“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqlarının əhəmiyyətli hissəsini verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir. Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əməkhaqqını götürürük. Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.
ƏLAQƏLİ
Təxribat cəhdlərinin heç bir nəticəsi olmayacaq – Partiya sədrindən sərt mövqe
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Məni ən çox azyaşlı qızlarımızın taleyi düşündürür"
FHN yanğın təhlükəsizliyi mövzusunda kütləvi aksiya keçirdi
Bakıda jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib
Kəlbəcərə qar, Yardımlıya dolu düşüb - faktiki hava
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfrans iştirakçıları Xocalıda