"Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil"
Ərimi evdə tapa bilirəm ki, virus da bizi boşatdırsın? Koronavirus yox e, göydən komet də gəlsə, bizim kişi evə yığışan deyil. Bütün günü əri yanında olan xanımların boşanmaq riski daha çoxdur.
Minval.info xəbər verir ki, bunu yenicag.az-a açıqlamasında ailə qurub Türkiyədə yaşayan aktrisa Cəmilə Tağıyeva koronavirusun ailələrdə boşanmaların statistikasının artacağı ilə bağlı psixoloqların xəbərdarlığına münasibət bildirərkən deyib.
Aktrisa xanımlara məsləhət də verib:
“Bu virus hamını evə yığdı, bircə mənim kişimdən başqa. Kişi evdə oturmur. Balaca övladım məni ikiqat karantin rejimində saxlayır. Onu da deyim ki, evdə körpə olanda söz-söhbətin də qarşısı alınır.
Hər ailənin öz qayda-qanunları var. Amma bütün qadınları birləşdirən tək bir dəyər var, o da səbrdir. Səbrli olaq və bu müddəti sağ-salamat ötürək. Onda boşanmaların da sayı artmaz”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!