Koronavirus pandemiyasının başa çatacağı vaxt açıqlandı
Koronavirus pandemiyası ilk yoluxma halları qeydə alındığı vaxtdan altı-yeddi ay sonra bitəcək.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin bölmə rəhbəri, İvanovski adına Virusologiya İnstitutunun şöbə müdiri Aleksandr Butenko bildirib.
“Digər iki heyvani koronavirus infeksiyası – SARS (Çin, 2002-2003) və MERS (Səudiyyə Ərəbistanı, 2012-2014) ilk yoluxma hallarının qeydə alınmasından təxminən 6-7 ay sonra başa çatdı. Bu dəfə də belə olacağı gözlənilir. Ancaq SARS-CoV-2 xəstələrdən sağlam insanlara ötürülmək baxımından daha böyük potensiala malikdir”, – mütəxəssis vurğulayıb.
Daha əvvəl virusoloq, Rusiya Elmlər Akademiyasının akademiki Feliks Yerşov əhalinin 70-80 faizi yoluxduqdan sonra pandemiyanın enişə doğru irəliləyəcəyini söyləmişdi. Onun sözlərinə görə, virusun sağlam daşıyıcıları hazırda təbii peyvənd kimi xidmət edirlər, başqa sözlə, kollektiv immunitetin yaranmasına töhfə verirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi