Koronavirus Çinin milyonluq şəhərlərini Çernobılın Pripyat şəhərinə çevirib
Çində koronavirusdan ölənlərin sayı gündən-günə artır.
Xarici agentliklərdən gələn son məlumata görə, artıq ötən sutka ərzində daha 43 nəfər dünyasını dəyişib. Hubey vilayətində bir gündə 1,2 min yoluxma halı qeydə alınıb. Bununla əyalətdə virusdan xəstələnənlərin sayı 5,8 min nəfərə çatıb. Onlardan sadəcə 116 nəfərinin sağaldığı, 204-nün isə öldüyü bildirilir. Ümüumilikdə Çinin özündə 10 min nəfər koronaviruslu xəstənin olduğu söylənilir.
Bütün bunlar Çinin milyonluq şəhərlərini az qala 1986-cı ildə Ukraynada baş verən Çernobıl qəzasından sonra Pripyat şəhərinin düşdüyü vəziyyətə salıb. Bunu türkiyəli iş adamı Serkay Gökün CNN türk kanalına açıqlamasından da görmək mümkündür.
Serkay Gök hazırda Şanxayda yaşadığını və durumun vahiməli olduğunu söyləyib. Türk biznesmen Çində virusa qarşı bu ilin yanvarın 15-dən tədbirlər görülməyə başlandığını və olduqca ləngidiyini vurğulayıb. O, insanların virusdan qorunmağa imkan verən N95 maskalarını tapa bilmədiyini, onun üçün də evlərində qalmağa üstünlük verdiklərini deyib.
Avropa mətbuatı isə Çin rəhbərliyini böhranın həllində aciz olmaqda suçlayır.
“Uhan və Çernobıl. Bu müqayisə Pekini olduqca qıcıqlandırır. Çünki kommunist rejim bir zamanlar Çernobıldan sonrakı SSRİ-nin aqibətini yaşamaqdan qorxur. Ona görə də sadəcə situasiyanı nəzarətdə saxladığı görüntüsünü verməyə çaışır”,-deyə İsveçrənin “Tages-Anzeiger” qəzeti yazıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Gürcüstana qarşı ŞOK SANKSİYA QƏRARI
Türkiyədə başına 4 milyon pul qoyulan terrorçu öldürüldü
2 polis 11 həmkarını öldürdü
Azərbaycan vətəndaşları ən çox bu ölkələrə səfər edirlər
Husilər Səudiyyə Ərəbistanının Nacran aeroportuna hücum edib
Tramp – Ərdoğan danışıqlarının təfsilatları məlum oldu
İtaliyada güclü partlayış olub - Şəhər meri ölüb