Koronavirus bu heyvandan yoluxub- FOTO- İDDİA
Koronavirus epidemiyasının daşıyıcısının panqolin adlı məməli heyvan olduğu ehtimal edilir.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu iddia ilə Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin alimləri çıxış ediblər.
Onlar hesab edirlər ki, satışına qadağa qoyulmuş heyvan potensial virus daşıyıcısı ola bilər: “Bu kəşf virusdan qorunmaq, yayılmasının qarşısını almaq üçün olduqca əhəmiyyətlidir”.

Qeyd edək ki, panqolinin dərisinin üzərindəki pullar və əti satışı qadağan edilsə də, qeyri-qanuni yollarla satışı mövcuddur. Ötən il nəsli kəsilən növlər siyahısına daxil edilən 100 mindən çox panqolinin ovlandığı qeyd olunub. Heyvanın boyu 30 sm-lə 1 metr arasında dəyişir.




Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ukraynanın şərqində ağır döyüşlər gedir - VİDEO
Rusiyalı boksçu başından aldığı zərbəyə görə öldü — VİDEO
Türkiyə terrorçularla bağlı İsveç və Finlandiyaya yenidən müraciət edib
Qadın 3800-cü ilə getdiyini iddia etdi — FOTO
ABŞ İrana möhlət verib
Bakiyevlər milyonları qaytarır, bəs Hacıyevlər?