Koronavirus 1 yaşdan aşağı uşaqlarda ağır fəsadlar yaradır - Həkim
Uşaqlarda, xüsusən də 1 yaşdan aşağı və ya xroniki xəstəliyi olan uşaqlarda koronavirusun ağır fəsadlarının yaranma ehtimalı daha çoxdur. Bunu ARB24-ün “İş vaxtı” verilişinə açıqlamasında pediatr Erkin Rəhimov deyib. O bildirib ki, bu fəsadlara nadir hallarda rast gəlinir:
“Pandemiya başlayanda belə bir fikir var idi ki, uşaqlar koronavirusa ümumiyyətlə yoluxmur. Lakin sonra xəstəlik dünyada yayıldıqca uşaqlarda da bu xəstələyin olduğu görüldü. Düzdür, uşaqlar böyüklərdən fərqli olaraq daha yüngül keçirir. Amma bu o demək deyil ki, uşaqlar tamamilə bu xəstəlikdən qorunurlar. Belə bir şey yoxdur. Hətta nadir hallarda olsa da, uşaqlarda çox ağır fəsadlar müşahidə edilə bilər. Xüsusən də 1 yaş altı və ya hər hansı xroniki xəstəliyi olan uşaqlarda fəsadların görülmə ehtimalı daha yüksəkdir”.
Pediatr onu da qeyd edib ki, uşaqlar daşıyıcı olduğu üçün onlar arasında sosial məsafə, əl təmizliyi və s. məsələlərə nəzarət edilməlidir.
https://youtu.be/mb94zfOo2es
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq