Könül Kərimova oğluna görə işə düşdü - 32 min manat...
Oğlunu universitetə qəbul etdirmək istəyən müğənni dələduzluğun qurbanı olub.
Minval.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Məlahət Məmmədovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Fikrət Qəribovun sədrliyi ilə prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, M.Məmmədova əvvəllər məhkumluq həyatı yaşayıb.
M.Məmmədova deyib ki, 2012-ci ildə dələduzluqda ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza alıb.
Proses iyulun 20-də davam etdiriləcək.
Bildirək ki, M.Məmmədova dələduzluqda təqsirli bilinir. O, bir neçə şəxsin etibarından istifadə edərək onları aldadıb.
M.Məmmədovanın bu iş üzrə ümumilikdə 300 minə yaxın pulu dələduzluq yolu ilə ələ keçirdiyi bildirilir.
Zərərçəkmişlərdən biri də Azərbaycanın əməkdar artisti, müğənni Könül Kərimovadır. İttiham aktına əsasən, M.Məmmədova müğənninin oğlu Rəşad Rəhimovu Rusiya Universitetlərindən birinə qəbul etdirib, daha sonra Azərbaycan Dövlət İqtisad Universitetinə köçürtdürəcəyi vədini verib.
K.Kərimovadan bu məqsədlə Məmmədovaya ümumilikdə 32 min manat pul verib.
M.Məmmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham edilir.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
48 məktəb yeni tədris ilində onlayn keçir
Türk dövlətləri cinayətkarlığa qarşı birləşir: TÜRKPOL qurulacaq
Günəş enerjisi ilə evdən gəlir əldə et!
Nigar və Xan Qaraxanoğlu arasında qalmaqal: Kim haqlıdır?
Gülaydan yeni klip: "Vur ürəyim" təqdim olundu
Kofein qocalmanı ləngidə bilər: Britaniya araşdırması
Geely-nin 40 illiyi Şamaxıda coşqu ilə qeyd edildi