"Kontakt Home"un rüsvay etdiyi qadın: "İntihar dərəcəsinə gəldim"

Ötən gün Bakıda “ABC Telecom” şirkətinin onlara borcu olan qadını qeyri-adi şəkildə ifşa etməsi barədə məlumat vermişdik.
Minval.İnfo xəbər verir ki, Oxu.Az məsələ ilə bağlı fotosu divarlara yapışdırılan qadınla danışıb.
Hansı haqla mənim fotomu divarlara yapışdırıb, məni biabır ediblər? Üstəlik, üstümə şər-böhtan atıblar, həmin kağızda qeyd olunub ki, guya mənim 1583 manat borcum var. Halbuki mənə 436 manat borcum olduğu söylənilmişdi və məhkəmə qərarına əsasən, qətnamədə də belə qeyd olunub.
– Yox, sadəcə, sizə göstərdiyim 19 oktyabr tarixində olan qətnamə kağızı var. Orada da göstərilib ki, pul üç gün ərzində ödənməlidir. Dediyim kimi, buna da mənim heç cür imkanım olmayıb. Hazırda işləmirəm. Xaricdə yaşayan bacım mənə aylıq pul göndərir, onunla dolanıram.
– Mən başa düşürəm, bu kredit götürülübsə, ödənməlidir. Amma götürəndə onu verə biləcəyimi düşünürdüm. Sadəcə, əlimdə olmayan hadisələr baş verdi. İmkansızlıq yarandı deyə, krediti ödəyə bilmədim. Amma bu, ona dəlalət etmir ki, 436 manata görə mən camaatın içində biabır olum. Bu işin sonuna kimi gedəcəyəm. Məni millət içində rüsvay ediblər, bunun cavabını verəcəklər.


ƏLAQƏLİ
“Bizə zəhər iylədirlər!” – Ucarda pambıq zavodu ilə bağlı ŞOK VƏZİYYƏT - FOTO

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"
Gələn ildən sürücülük vəsiqəsi üçün imtahanları DİM keçirəcək? - RƏSMİ