"Konsertdən qazandığım 11 mini qazilərin əməliyyatına bağışladım"
Müğənni Şəbnəm Tovuzlu Rusiyada konsert verdiyi üçün ünvanına deyilən tənqidlərə münasibət bildirib.
Minval.info xəbər verir ki, bir aydır Rusiyada olan sənətçi orada toy məclislərinə də qatılıb. Onun İnstaqramda paylaşımlarına isə istifadəçilər mənfi şərhlər yazıblar.
Şəbnəm bildirib ki, konsertdən qazandığı pulu xeyriyyə işlərinə ayırıb:
“Mənə qarşı haqsız tənqidlər yazılır. Rusiyaya gəlməyim, konsert verməyim o qədər müzakirə olundu ki… Mən etdiyim xeyriyyə işlərini açıb danışmıram. Amma bu qədər təhqirə layiq deyiləm. Konsertdən qazandığım puldan 11 min dollar iki qazimizin əməliyyatına ayrılıb. Hazırda Bakıda deyiləm, amma qayıdanda həmin qaziləri ziyarət edib, video paylaşacam. Onların müalicəsi üçün nə lazımdırsa, öz boynuma götürmüşəm”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Nicat Rəhimov: "Obraz tələb edirsə, qadın geyimi də geyinərəm"
"Kızılcık Şerbeti"nin yeni mövsümünün yayım tarixi açıqlandı
Taleh Yüzbəyovun həyat yoldaşı xəstəxanaya yerləşdirildi
18 yaşlı aktrisa dünyasını dəyişdi
Qriqori Lepsin şirkətlərinin vergi borcu açıqlandı
Mikrofonun işləməməyi Mərdana mane olmadı
Murad Arif yayın hiti “Hoqqa”nı təqdim etdi