Köçəryan azadlığa çıxdı
Ermənistan Apellyasiya Məhkəməsi keçmiş prezident Robert Köçəryanı azadlığa buraxıb.
Minval.info “Sputnik”ə istinadən xəbər verir ki, vəkil Ruben Saakyanın sözlərinə görə, məhkəmə müəyyən edib ki, Robert Köçəryan toxunulmaz şəxsdir.
Jurnalistlərlə söhbətində Robert Köçəryanın vəkillərindən biri Ruben Saakyan deyib ki, məhkəmə müdafiə tərəfinin vəsatətini təmin edib və keçmiş prezidentin toxunulmazlığını nəzərə alaraq, ilk instansiya məhkəmənin qərarını ləğv edib. “Robert Köçəryan artıq məhkəmə binasından çıxıb”, – vəkil qeyd edib.
Xatırladaq ki, Köçəryan iyulun 28-də məhkəmənin qərarı ilə həbs edilmişdi. O, 2008-ci ildə konstitusiya quruluşunun devrilməsində ittiham olunur.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hindistanda qum qasırğası: 109 ölü – VİDEO
Ukrayna Ali Radası Çeçenistanın suverenliyini tanıdı
Məşhur fotoqraf Parisdə küçədə donaraq öldü
Paris: “Peninsula” otelindən 350 min avroluq zərgərlik məmulatı oğurlanıb
Ermənistanda azərbaycanlı saxlanıldı
Putinə dəstək olan ukraynalı mer ÖLDÜRÜLDÜ
Əfqanıstanda müharibə bitdimi?