Klipimiz “Eurovision TV”də niyə yayımlanmır?

Azərbaycanı Avroviziya mahnı müsabiqəsində təmsil edəcək Aysel Məmmədova (Aisel) “X my heart” adlı musiqi nömrəsi ilə çıxış edəcək.cMahnıya çəkilən klip isə bir neçə gün bundan əvvəl təqdim olunub.
Minval.İnfo “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Roula Koutroubelinin çəkdiyi ekran işinin müsabiqənin rəsmi “YouTube” kanalına qoyulmaması müzakirələrə səbəb olub.
Müsabiqənin Azərbaycan üzrə tərəfdaşı “Infe Azerbaijan” mövzu ilə bağlı açıqlama yayıb. Bildirilir ki, Aiselin klipi bazar ertəsindən etibarən Avroviziyanın rəsmi səhifələrində yayımlanacaq:
“Aiselin “X My Heart” adlı klipi bazar ertəsindən etibarən eurovision.tv-nin rəsmi “YouTube” kanalında yayımlanacaq”.
Xatırladaq ki, Portuqaliyada keçirilən müsabiqənin yarımfinal mərhələsi mayın 8-də və 10-da keçiriləcək. Final mərasimi isə mayın 12-də təşkil olunacaq.
Aysel birinci yarımfinalda səhnəyə çıxacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır