Klinton Putini seksizmdə ittiham etdi: “Bir dəfə onunla görüşdə...”
Rusiya Prezidenti Vladimir Putini seksizmdə günahlandıran ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Kreml sahibini onu təhqir etdiyini iddia edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Klinton illər sonra Rusiya prezidenti ilə bağlı təəccüblü açıqlamalar verib.
Putini seksizmdə ittiham edən Klinton qadın olduğu üçün Rusiya liderinin ona qarşı kinli davrandığını deyib.
Klinton 2010-cu ildə Putinlə görüşü haqda da danışıb.
Sabiq dövlət katibinin sözlərinə görə, rəsmi görüş zamanı Putin onu təhqir edib: “Mənə qarşı çox seksist davrandı”.
Klinton Putinin qəribə insan olduğunu vurğulayıb: “Təkbətək faydalı söhbətimiz oldu. Sonra jurnalistlərin qarşısına çıxanda yanımda olmasına baxmayaraq, ABŞ-ı təhqir edən sözlər deyirdi”.
Sabiq dövlət katibi əlavə edib:
“Nyu-Yorkda metroda kişilərin xoşagəlməz oturuşu ilə bağlı yaranan, sonra isə lüğətə daxil olan “manspreading” adlı bir söz var. Putinlə hər dəfə görüşəndə məhz bunu hiss edirdim”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çindən Üçüncü Dünya müharibəsi ilə bağlı XƏBƏRDARLIQ
12 yaşlı qızın mədəsindən çıxanlar görənləri dəhşətə gətirdi - FOTO
Pakistan: Ermənistanı dövlət olaraq tanımırıq
Ərdoğandan Trampın bəyanatına sərt reaksiya
Britaniya kəşfiyyatı “Azovstal”dakı son durumu açıqlayıb
Məşhur şirkətin baş direktoru qadına görə işdən çıxarıldı
Ali Rada sədrinin müavini: “Poroşenko qaçdı”