Kızılcık şerbeti'ndə mövsüm dəyişikliyi: Əsas obrazlar serialı tərk edir
Türkiyənin populyar serialı ‘Kızılcık Şerbeti’ yeni mövsüm öncəsi aktyor heyətində mühüm dəyişikliklərə məruz qalıb. Beşinci mövsüm başlamadan əvvəl bir neçə əsas aktyor layihədən ayrılıb.
Minval.info xəbər verir ki, ilk olaraq Nilay obrazını canlandıran Feyza Civelek serialdan ayrılıb. Ardınca, serialın ilk mövsümündən bəri Nursema obrazını oynayan Ceren Karakoçun da yeni mövsümdə iştirak etməyəcəyi açıqlanıb.
Bununla yanaşı, Nilayın anası obrazını canlandıran Neslihan Yeldan və Fethi rolunu ifa edən Barlas Kartal da serialdan ayrılanlar arasında yer alıb. Beləliklə, beşinci mövsüm başlamazdan əvvəl əsas aktyor heyətindən ayrılanların sayı dördə çatıb.
Bu dəyişikliklərin serialın süjetinə necə təsir edəcəyi isə tamaşaçılar arasında maraqla gözlənilir. ‘Kızılcık Şerbeti’nin beşinci mövsümünün ilk bölümünün sentyabrın 18-də yayımlanması planlaşdırılır. Yeni mövsüm üçün çəkilişlərin avqustun sonunda başlaması nəzərdə tutulur.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım