Əkiz övladları şəhid olan Mailə ana "Baku Medical Plazada" pulsuz əməliyyat edilib - VİDEO
“Baku Medical Plaza”nın həkimi, travmatoloq-ortoped cərrah Vüsal Mahmudov şəhid ailələrinin üzvləri üçün tibbi xidmət göstərməkdə davam edir. Həkimin bu dəfəki pasiyenti əkiz övladları Vətən Müharibəsində şəhid olan Mailə ana olub.
Minval.info xəbər verir ki, V.Mahmudov Mailə ananın hər iki diz oynağında heç bir təmənnasız replantasiya əməliyyatı aparıb. Saytımıza açıqlamasında həkim bildirib ki, pasient hər iki diz oynağının deformasiyaedici artrozu diaqnozu ilə əməliyyat edilib: “Bizə müraciət edərkən xəstənin hər iki diz oynağında qığırdaq toxumaları tamamilə yeyilib aşınmış, amortizasiya xüsusiyyətini itirmişdi. Xəstə həm yeriyə bilmir, həm də dizini tam aça bilmirdi. Bu zaman vurulan iynələr, qəbul edilən dərmanlar müvəqqəti xarakter daşıyır və heç bir müsbət nəticə vermir. Ona görə də cərrahi əməliyyatın aparılması zəruri idi. Lakin pasientin kardioloji problemləri olduğu üçün əməliyyatı icra etmək çox riskli idi. Buna baxmayaraq, anesteziologiya komandamızla birlikdə bu əməliyyatın icrasına qərar verdik və müvəffəqiyyətlə icra edərək eyni vaxtda xəstənin hər iki diz oynağında replantasiya əməliyyatı apardıq. Artıq pasientin rahat hərəkəti bərpa olunub. İki oğlunu Vətənə qurban verən qəhrəman anaya xidmət etmək bizim üçün şərəfdir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq