12.08.2026 - 13:51
Maqazin 11 baxış

Kıvanç tatlıtuğ sosial mediadan uzaqlaşır: İnstaqram hesabını niyə bağladı?

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ, təxminən 5 milyon izləyicisi olan İnstaqram hesabını bağlama qərarı alıb.

Minval.info xəbər verir ki, bu barədə məlumat Türkiyənin tanınmış nəşrlərindən biri tərəfindən yayımlanıb. Aktyorun hesabını bağlama səbəbi hələlik rəsmi olaraq açıqlanmayıb və hər hansı qayda pozuntusu və ya kiberhücumla əlaqəli olmadığı bildirilir. Hesabın bağlanmasının Tatlıtuğun şəxsi qərarı olduğu ehtimal edilir.

Sosial mediada bu qərar müxtəlif spekulyasiyalara səbəb olub. Bəzi iddialara görə, aktyor şəxsi həyatına dair yayılan şayiələrdən və sosial medianın təzyiqindən uzaqlaşmaq istəyir. Lakin Kıvanç Tatlıtuğ və ya onun nümayəndələri bu iddialarla bağlı hələlik heç bir rəsmi açıqlama verməyiblər.

Xatırladaq ki, Kıvanç Tatlıtuğ 2002-ci ildə “Türkiyənin ən yaxşı modeli”, daha sonra isə “Dünyanın ən yaxşı modeli” seçilib. O, modellikdən aktyorluğa keçərək “Aşk-ı Memnu”, “Kuzey Güney”, “Çarpışma” və “Aile” kimi məşhur seriallarda rol alıb.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: