KİV: Rusiyada Gürcüstanla aviauçuşların bərpası ideyası neqativ qarşılanıb
Rusiyada Çin bazarı ilə bağlı itkilərin kompnesasiyası üçün Gürcüstanla aviauçuşların bərpası məsələsi gündəmə gəlsə də, bununla bağlı müsbət qərar verilməyib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşri yazıb.
Nəşrin məlumatına əsasən, yanvarın 30-da Rusiyanın nəqliyyat naziri Yevgeni Ditrixin rəhbərliyi altında müşavirə keçirilib. Toplantıda nazir bu ilin aprel ayına qədər Misir kurortlarına uçuşlara qoyulan qadağanın aradan qaldırılmasının mümkün olduğunu deyib.
“Kommersant”ın mənbəsi bildirib ki, müşavirədə Gürcüstana aviauçuşların bərpa olunması ideyası neqativ reaksiya ilə qarşılanıb.
Qeyd edək ki, Rusiya ötən ilin iyulun 8-dən etibarən Gürcüstanla birbaşa aviauçuşları dayandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Lüks brend mağazaları talan edildi, küçələrdə satılır
Fransada komendant saatı etiraz hərəkatını dayandıra bilməyəcək
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu