"Kişi adam onun bunun xanımına..." - Nazənin polisə müraciət etdi
Müğənni Nazənin Salayeva şəxsi instaqram hesabının istifadəçisindən hüquq-mühafizə orqanlarına müraciət edəcək.
Minval.info xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat yayıb.
Sənətçi İmanov Elbəy adlı şəxsin onu təhqir etdiyini, onun barədə polisə şikayətçi olacağını qeyd edib: “Bu şəxs barədə mənə çox mesaj yazdılar. Deyirlər ki, dələduzdur. Amma mən bu işi belə qoymayacağam. Lazımı orqanlara müraciət edəcəm. Özü üzr istəyir, amma mənə bu lazım deyil. Kişi adam onun-bunun xanımına, anasına, bacısına, qızına artıq-əskik söz yazmır”.
Müğənni sözügedən şəxsin 1 dəfə profilini, 2 dəfə fotosunu paylaşaraq ona xəbərdarlıq edib. N. Salayeva bundan sonra da təhqiri davam edən şəxs barədə polisə müraciət edəcəyini deyib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır