"Kimsə başa düşmür ki, niyə Putinlə danışığa davam edirəm” - Makron
“Kimsə başa düşmür ki, mən niyə Putinlə danışığa davam edirəm. Mən bunu ona görə etdim ki, Fransanın burada rolunu görürəm”.
“Report” TF1 telekanalına istinadən xəbər verir ki, bunları Fransa Prezidenti Emmanuel Makron deyib.
“Rusiyaya səfər? Bu, ilkin şərtlər tələb edir, yəni Putinin jestlərini. Mən Putinlə bunun Ukrayna Pprezidenti üçün faydalı olması şərtilə danışığı davam edəcəyəm”, – Fransa Prezidenti bildirib.
Makron Rusiyaya səfər üçün şərtini açıqlayıb. Fransa Prezidenti Rusiyaya getməyə və Prezident Vladimir Putinlə görüşməyə hazır olduğunu açıqlayıb. Lakin belə bir səfər yalnız müəyyən ilkin şərtlər daxilində baş tuta bilər.
Dövlət başçısı qeyd edib ki, indiyədək Moskvadan bununla bağlı heç bir siqnal daxil olmayıb.
O, qeyd etdiyi ilkin şərtlərin bu günədək yerinə yetirilmədiyini vurğulayıb.
Makron həmçinin bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenski ilə münasibətləri Rusiya tərəfi ilə təmaslara görə pisləşməyib.
“Mən bunu iki tur arasında (2019-cu ilin prezident seçkiləri-red) qəbul edən ilk lider olmuşam”, – Fransa Prezidenti xatırladıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər
ABŞ İranla gərginlik fonunda əməliyyata hazırlaşır
Şimali Koreya Yapon dənizinə raketlər buraxdı
Qəzza mövzusunda film Venesiyada rekord qırdı
Centcom rəhbəri Səudiyyədə təcili məsləhətləşmələr aparır
Britaniya: Rusiyanın itkiləri 1,5 milyona çatdı