“Kiminsə Amerikanı bəyənməməyi gülməlidir” - Elariz
“Üç övladım var, onlar ingilis dillidirlər. Böyük qızım Ülviyyə anası və mənim yerimə bütün sənədləri verərək “Greencard” oynadı. Bu, 6 il əvvəl olub. Hər ilin may ayında bizə zəng edirlər ki, siz udmamısız, təkrar lotoreyada iştirak etmək istəyirsiz? Biz də yenidən oynadıq, 2017-ci ilin may ayında zəng gəldi ki, siz qalib olmusuz. Həyəncanlandım, evdə tək idim, əsməyə başladım. Dilim topuq vurdu. Üstündən 5 dəqiqə sonra jurnalistlər mənə zəng vurmağa başladılar”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Amerikaya köçən müğənni Elariz Məmmədoğlu aparıcı Aynur Talıbovanın “Youtube” layihəsinin qonağı olarkən deyib.
Sənətçi övladlarının Bakıda olduğunu, xanımıyla Azərbaycandan köçdüyünü qeyd edib: “2019-ci ilin yanvarına kimi çox düşündüm. Birdən-birə qərar vermədim, tərəddüdlər var idi. Mən elə hiss etdim ki, Amerikada məni kimsə gözləyir. Baxın, övladlarımı gətirə bilməmişəm. Çünki böyük övladımın 31, ikincinin 29, sonuncunun isə 26 yaşı var. Özümlə birgə gətirmək üçün 18 yaşları olmalı idi. İndi xanımımla birgə Amerikaya gəlmişəm.
Kimsə Amerikanı bəyənmirsə, bu, gülməli hadisədir. Ora gedən kimi burada dostlarım məni qarşıladı, restoranda çalışmağa başladım. Bundan sonra, dostlarımın, repçi Elmirin (Elmir Məhərrəmov) köməkliyi ilə öz evimin sahibi oldum. Onların xanımları qab-qaşıq göndərdilər, evi yaşayacaq hala gətirdilər. İki aya yaxındır ki, Amerikadayam. Elmirin isə siyahıda adı məndən öndə olduğu üçü 6 ay tez Amerikaya köçdü”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!