“Kimdir günahkar?” deyib barışdılar
Şou-biznesdə daha bir barışıq yaşanıb.
Minval.info xəbər verir ki, xalq artisti Röya Ayxanla müğənni İradə İbrahimova küsülülüyə son qoyub.
Əvvəl Röya instaqram səhifəsində İradənin “Kimdir günahkar?” mahnısını paylaşaraq onun adını “tag” edib.
İradə həmin görüntüləri paylaşaraq “İnsanın həyatında gözəl şeylər olduqca daha çox paylaşmaq, coşdurmaq, o hissləri ətrafına bulaşdırmaq istəyir. Məni bu həyatda çox sevindirən şeylərdən biri də insanları xoşbəxt görməkdir. Röya, üstümüz, başımız hüzura, sevincə bulansın. Parılda” sözlərini yazıb.
İ. İbrahimova daha sonra Xalq artistinə sual ünvanlayıb: “Doğrudan, görəsən kimdir günahkar?”. R. Ayxan isə suala “Gəl, artıq tanış olaq” şərhini yazıb.
Qeyd edək ki, iki tanınmış arasında qalmaqal İradənin Röya Ayxanın Türkiyədə ulduz ola bilməyəcəyini və buna görə əbəs yerə pul xərclədiyini açıqlamasından sonra başlamışdı. Bundan sonra Röya sənətçinin ünvanına ağır sözlər demişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır