"Keçmişlərini unudublar" - Afaq Gəncəli

“İllər, zaman keçir. Gözünün önündə vaxtilə çalışdığın, tanıyıb, bildiyin bəzi məşhurlar işıq sürəti ilə dəyişirlər. Bəziləri yaxşı tərəfə, bəziləri pis tərəfə… Bəziləri unutqan olurlar, keçmişləri haqda”.
Minval.info xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli “Səhər mərkəzi” proqramında deyib. O, ad çəkmədən bəzi sənət adamlarını tənqid edib:
“Bəziləri unutmur, keçmişini gözünün önünə gətirib, addımlayırlar. İkibaşlı danışdım. Pambıqla baş kəsmirəm. Amma hərdən tərəddüd içində qalıram. Bir vaxtlar açıqsözlü olan insanlar bir də görürsən ki… Normal sözdür, insan böyüdükcə, yaşa dolduqca dediyi sözlərin arxasında durmağı bacarır. Məsuliyyətini anlayır.
Aparıcısansa, bilirsən ki, aparıcının boynuna nə düşür. Sənə verilən sualları sənətinə görə aparıcı kimi cavablandırırsan. İlk əvvəl tam rahat ixtiyar verirsən ki, sənə hər cür sual versinlər, şəxsi həyatına daxil olsunlar. Qarşı tərəf də bunu edir. Amma sonra başlayır imkan verməməyə. Onda qalırsan belə…”.
Qeyd edək ki, Afaqın ötən gün proqramda qonaq olan müğənni Ayan Babakişiyevaya şəxsi həyatı ilə bağlı verdiyi sual müzakirələrə səbəb olub.
NƏRMİNƏ AYDINQIZI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!