Keçmiş xanımı Elvindən şikayətçidir - Aliment qalmaqalı
Aparıcı-aktyor Elvin Ağayev keçmiş xanımı Nərgiz İsayevaya uşaqlarına görə aliment vermir. Bu barədə “Qafqazinfo”ya N. İsayevanın özü məlumat verib.
O qeyd edib ki, aktyor 1800 manat təzminat ödəməlidir: “2011-ci ildə Elvin Ağayevlə ailə həyatı qurmuşuq. Daha sonra 2017-ci ildə rəsmi olaraq yollarımızı ayırmışıq. 5 və 4 yaşında iki qız övladımız var. Altı aydır ki, E. Ağayev alimenti ödəmir. Hər ay 274 manat ödəməlidir. Lakin o, bundan boyun qaçırır. Toplam olaraq 1800 manat pul ödəməlidir. Dəfələrlə Elvinlə danışmışıq, pulunun olmadığını deyir. Biz artıq aidiyyatı orqanlara şikayət etmişik. Hələ ki, gözləmə mövqeyindəyik”.
“Qafqazinfo” mövzu ilə bağlı E. Ağayevlə əlaqə saxlayıb. Tanınmış aktyor çəkilişdə olduğunu, hazırda danışa bilmədiyini qeyd edib: “İddiadan çox iddia ola bilər. Mən sadəcə olaraq şokdayam”.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır