Keçmiş sevgililər uzun illər sonra bir arada - FOTOLAR
Minval.İnfo xəbər verir ki, aktyor Əhməd Salahovla aktrisa Məlahət Abbasova uzun illər sonra yenidən bir araya gəliblər. Bu haqda Milli.Az-a Əhməd Salahov danışıb:
“Məlahətlə mən 31 il əvvəl “Sən həmişə mənimləsən” televiziya tamaşasında çəkilmişəm. O illərdən sonra onu, demək olar ki, görməmişəm. Çünki bildiyiniz kimi Məlahət xanım Türkiyədə yaşayır və işləri ilə əlaqədar olaraq Bakıda az olur. Amma bu günlərdə biz görüşdük. O, məni müəllifi və aparıcısı olduğu “Məlahətli söhbətlər” verilişinə dəvət etdi. Necə deyərlər, həsrət sona yetdi. Bizim çəkildiyimiz televiziya filmi o qədər uğurlu alınmışdı ki, hamı bizi sevgili bilirdi. Həqiqətən də, Məlahət peşəkar aktrisa və gözəl insandır”.
Qeyd edək ki, iki həmkar illər öncə “Sən həmişə mənimləsən” televiziya tamaşasında sevgili rollarını oynayıb.





Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!