Keçmiş nazir Damladan danışdı: "3 aydır..."
Eks-maliyyə naziri Əvəz Ələkbərov modern.az-a müsahibə verib.
Minval.info xəbər verir ki, mühüm məsələlərdən danışan Ə.Ələkbərov sonda jurnalistin “Cavan müğənnilərin ünvanına mətbuatda iradlar səslənir. Sizin ona münasibətiniz?” sualına belə cavab verib:
“Əlbəttə, cəmiyyətimizdə tənqid də olmalıdır. Musiqi, sənət, profesionallıq bir yerdə dayanmamalıdır. O da daim inkişaf etməlidir. Məsələn, təqribən üç aydır ki, mən müğənni Damlanın sənətinə, musiqisinə, yeniliklərinə diqqət yetirirəm və onun uğurlarına sevinirəm.
Əgər o 4-5 il ərzində çox böyük tamaşaçı və dinləyici kütləsi yığıbsa, mən buna sevinirəm. Bu onun uğurudur. Həm də mən ona tövsiyyə edərdim ki, yaddan çıxmış gözəl mahnılarımızı yeni bəstədə və formada tamaşaçılarımıza çatdırsın. Öz gözəl səsini qorusun, səsindən məharətlə istifadə etsin. Mən onun böyük gələcəyini görürəm”.
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
