“Kasıb idik, cırıq ayaqqabı geyinirdim” – Murad Arif
“Kasıb, ziyalı, müəllim ailəsində doğulmuşam. Təsəvvür edin, maaşa baxan ziyalı valideynlər 3 uşaq oxudur. Pulu, pula calamaq, yarı ac, yarı tox olmaq, nəyisə tapıb geyinmək və geyinməmək var. Yırtıq ayaqqabı, soyuq havalarda kifayət qədər sərin geyinmək nə olduğunu bilirəm”.
Minval.info xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif “Düzünə qalsa” verilişində deyib. O, uşaqllığınını kasıblıq içərisində keçdiyini vurğulayıb:
“Bakıdakı xalaoğlanların şalvar, gödəkçəsini geyinməyin nə olduğunu bilirəm. Bu şeylər mənim həyatımda olub. Məni sınmamağa, əyilməməyə, arzularımın arxasınca getməyə vadar edən cəhət mənim xəyalpərəst olmağım idi!
İnsan öz qədrini, dəyərini bilməlidir. Bir gün deyəcəksən ki, mən sizinlə havayı çalışmıram. Əgər buna “eqo” deyirsənsə, bəli, bu eqo olmalıdır. Bütün artistlər, sənətçilər kimi məndə də eqo var. Dozanı aşıram? Onu bilmirəm!”
Könül İbrahim
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
