"Kaş telefon olmayaydı, abır-həya qalmayıb"
“Bizim vaxtımızda hər şey başqa idi. İndi dəhşətdir. Bəlkə bizim o vaxtlar ağlımız kəsməyib, başqa cür olmuşuk. İndi çox avropalaşmışıq. Bunu istəmirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Mənzurə Musayeva “Gündən-günə” proqramında qonaq olarkən deyib. Sənətçi gənclərin həddindən artıq müasir olmalarını bəyənmədiyini deyib:
“Hərənin bir cür baxışı var. Mən istəyirəm abır, həya, bir az utanma, çəkinmə olsun. Müəllimlərimizi görəndə utanardıq. İndi elə deyil: məktəbdə dava gedir, müəllim uşağı vurur, uşaq müəllimi vurur. Bəlkə, müəllim özünü apara bilmir, nəticə belə olur.
Düşünürəm ki, mobil telefon olmasaydı, başqa cür olardı. Telefon olsa da ancaq zəng gedib-gələrdi, digər funksiyalar olmazdı. Onda gənclərimiz başqa cür olardı”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!