Kardiologiya İnstitutunda nələr baş verir? - Açıqlama
Ötən həftə saytımızada Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşovanın təcrübəli həkimləri işdən uzaqlaşdırması, bəzilərini isə müxtəlif bəhanələrlə aşağı vəzifələrə təyin etməsi ilə bağlı yazı dərc olunmuşdu.
Həmin vaxt qarşı tərəfin fikrini öyrənmək cəhdlərimiz baş tutmamışdı.
Bu gün isə İnstitutdan Bakupost.az -ın redaksiyasına məsələ ilə bağlı açıqlama göndərilib.
Qısa və ümumi xarakterli açıqlamada ayrı-ayrı qanun pozuntularına dair ittihamlara aydınlıq gətirilməyib.
Sadəcə, məqalədə yer alan ittihamların həqiqəti əks etdirmədiyi bildirilib. İnstitunun İcbari tibbi sığortaya uyğun şəkildə xidmət göstərdiyi qeyd olunub:
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu İcbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində xidmət göstərir. Eyni zamanda, elektron məktubunuzda qeyd etdikləriniz həqiqəti əks etdirmir. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2018-ci il 20 dekabr tarixli 418 №-li “Azərbaycanda icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalanıb. Bu fərmana əsasən, Azərbaycan Respublikasının vətəndaşları İcbari tibbi sığortanın xidmətlər zərfindən yararlanır”.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kefirin zərərləri: hər kəs üçün uyğun deyilmiş
Arıqlama iynələri dırnaqların qopması riskini artıra bilər
Gənc nəsildə xərçəng halları artacaq
Köhnəlmiş çörək xərçəng riskini artıra bilər
Bu halda isti vanna qəbul etmək olmaz
Kardioloqdan alkoqol istifadəsi ilə bağlı diqqətçəkən xəbərdarlıq
Damar tıxanmasının təhlükələri: Kardioloqdan ciddi xəbərdarlıq