Karantini pozan kafe sahibi və müştəriləri cərimələndi
Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.
Minval.info xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin Post Patrul Xidməti və 40-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyunun 8-də 28 May qəsəbəsində kafenin sahibi və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.
Ümumilikdə 4 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyektin icarədarı M.Ələkbərova 200 manat, digərləri 100 manat cərimə olunublar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı