Karantin dövründə Kəbədə Ramazan ayının ilk namazı - Fotolar
Səudiyyə Ərəbistanında koronavirus pandemiyası ilə mübarizə çərçivəsində sosial məsafənin qorunması, küçəyə çıxma qadağası və namazların camaatla qılınmasının qadağan edilməsi Ramazan bayramının ilk təravih namazına az sayda insanın qatılması ilə nəticələnib.
“Qafqazinfo”nun “Habertürk”ə istinadən məlumatına görə, Məkkədə yerləşən Məscidül-Həramda, Mədinədəki Məscidi-Nəbəvidə və Qüdsdəki Məscidül-Əqsada ilk təravih namazı COVID-19 səbəbi ilə tədbirlər görülərək qılınıb.
Məlumata görə, Məscidül-Həram ilə Məscidi-Nəbəvidə namaza məmurlar, dezinfeksiya işlərini həyata keçirən şəxslər və digər işçilər qatılıb.
Şərqi Qüdsdəki Məscidül-Əqsa məscidində İslam Vəqfləri İdarəsinin işçiləri epidemiyaya qarşı sosial məsafə qaydalarına riayət edərək Ramazan ayının ilk təravih namazını qılıblar. Məscidül-Əqsanın digər əraziləri tamamilə boş qalıb.
Məscidül-Əqsanın direktoru Şeyx Ömər əl-Kisvani verdiyi açıqlamada məscidin virus səbəbiylə 22 martda bağlandığını, lakin azan və namazlara oradakı işçilər tərəfindən davam edildiyini bildirib.
Təravih namazlarının Ramazan ayında Məscidül-Əqsadakı işçilər tərəfindən qılınacağına işarə edən Kisvani “Məscidlər bağlanıb, ancaq Allahın qapıları bağlanmayıb. Namazlarınızı evdə qılın və bu virusdan xilas olmaq üçün dua edin” deyə söyləyib.
Qeyd edək ki, Qüds İslami Vəqflər Şurası keçən həftə Məscidül-Əqsanın koronavirus səbəbiylə Ramazan ayında ibadət üçün açılmayacağını açıqlayıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında 15 102 nəfər koronavirusa yoluxub, 127 nəfər ölüb.






Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Fransada xaos davam edir: Le Pen etirazları fürsətə çevirmək istəyir
ABŞ-ın xüsusi elçisi Yəməndə quru müdaxiləsini mənasız adlandırır
Aİ rəsmisi: Süni intellekt kiber təhlükəsizliyi sürətlə dəyişir
Rusiyanın hava hücumları Ukraynada 3 nəfərin ölümünə səbəb oldu
İlon Maskdan gözlənilməz vəd: ABŞ-də hər uşağa SpaceX səhmi verəcək
Almaniya Fransadakı etirazlar üçün səyahət xəbərdarlığı etdi