05.08.2026 - 18:57
Ölkə 34 baxış

Kapital bankın istiqrazlarına gözlənilməz maraq: Buraxılış həcmi üç dəfə üstələndi

Kapital Bank tərəfindən fond bazarına təqdim edilən 50 milyon manat dəyərində istiqrazların yerləşdirilməsi 5 avqust 2026-cı il tarixində Bakı Fond Birjasında uğurla tamamlanıb.

Minval.info xəbər verir ki, Kapital Bank-ın istiqrazlarına həm fiziki, həm də hüquqi şəxslər tərəfindən böyük maraq göstərilib. Abunə yazılışında toplanan sifarişlərin ümumi həcmi buraxılış həcmini üç dəfəyə yaxın üstələyərək 146 milyon manata çatıb.

Ümumilikdə, 330-dan çox investor tərəfindən verilən sifarişlərin içərisində 314 fiziki şəxs 57 milyon manatdan çox məbləğdə iştirak edib. Bu şəxslərin 246-sı Birbank Invest tətbiqi vasitəsilə tam rəqəmsal şəkildə abunə yazılışında iştirak edib.

Kapital Bank istiqrazlarına abunə yazılışı həm Birbank Invest tətbiqi, həm də Kapital Bank/Birbank filialları vasitəsilə həyata keçirilib. Birbank Invest platforması investorlara yerli və xarici maliyyə bazarlarında rəqəmsal investisiya əməliyyatları aparmaq imkanı verir.

Kapital Bank istiqrazlarının müddəti 1 il, illik gəlirliliyi isə 10% təşkil edir. Faiz gəlirləri investorlara aylıq olaraq ödənilir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.

Kapital Bank-ın istiqrazları vətəndaşlar üçün etibarlı investisiya olmaqla yanaşı, yerli kapital bazarının inkişafına da əhəmiyyətli töhfə verir. Bank, uğurlu yerləşdirmənin davamı olaraq, Azərbaycan kapital bazarında aktiv iştirakını davam etdirməyi və investorlara yeni məhsullar təqdim etməyi planlaşdırır.

Kapital Bank, PAŞA Holding-ə daxil olmaqla, Azərbaycanda ən geniş filial şəbəkəsinə malikdir. Bankın məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün rəsmi veb saytına və ya 196 Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: