Ukrayna müharibəsi üçün gizli sülh danışıqları: Vyanada sirli görüşün detalları ortaya çıxdı
Ukrayna müharibəsinin sona çatdırılması və sülh proseslərinin başlanması məqsədilə Qərb və Rusiya nümayəndələrinin Vyanada gizli bir görüş keçirdiyi iddia edilir.
Minval.info xəbər verir ki, 2026-cı ilin iyul ayında Avstriyanın paytaxtı Vyanada Böyük Britaniya, Fransa, Almaniya və Rusiyadan keçmiş yüksək vəzifəli şəxslərin iştirakı ilə qeyri-rəsmi bir toplantı baş tutub.
Bu toplantıda Ukrayna müharibəsinin dayandırılması, sülh danışıqlarının parametrləri və atəşkəs şərtləri müzakirə edilib. Qərb nümayəndələrini Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniyanın keçmiş dövlət katibi Markus Ederer və Fransadan diplomat Pyer Vimon təmsil edib.
Rusiya tərəfini isə Kremlin keçmiş yüksək vəzifəli bir rəsmisi təmsil etsə də, onun adı açıqlanmayıb. Bloomberg agentliyinə görə, bu cür görüşlər rəsmi danışıqlardan kənar aparılan və “ikinci yol diplomatiyası” adlandırılan format çərçivəsində keçirilir. Bu görüşlər hökumətlərdən müstəqil təşkil edilsə də, əldə olunan nəticələr rəsmi dairələrə təqdim edilə bilər.
Qeyd edək ki, daha əvvəl Almaniyanın Die Zeit qəzeti və ARD telekanalı Bakıda da alman və rusiyalı keçmiş rəsmilər arasında oxşar görüşlərin keçirildiyini ortaya çıxarıb. Lakin Almaniya xüsusi xidmət orqanları bu təmasları Kremlin Almaniya siyasətinə təsir göstərmək və Rusiyanın atəşkəs şərtlərini qəbul etdirmək cəhdi kimi qiymətləndirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Gəncənin ilk mülki şəhidinin anası oğlunun xatirələrini bölüşdü
Vətən müharibəsi iştirakçısı Cəlilabadda vəzifəyə təyin edildi
Bakıda axşam yağış yağacaq, bəzi bölgələrdə şimşək çaxacaq
Təhsil işçiləri Beynəlxalq Müəllimlər Günündə təltif edilib
Paytaxtın bəzi ərazilərində qaz təchizatı dayandırılacaq
Bakıda sabah yağış yağacağı ehtimalı var
Qubanın dağlıq ərazilərinə ilki qar yağdı