Bakı metrosunda Avqustun 15-dən nə dəyişəcək? – Sərnişinlər üçün vacib xəbər
Bakı metrosunda avqustun 15-dən etibarən yeni bir mərhələ başlayır. Bu mərhələ çərçivəsində “Nizami”–”Cəfər Cabbarlı” istiqamətində təxminən 200 metr uzunluğunda iki yeni tunelin inşası nəzərdə tutulub. Əgər zəminin hidrogeoloji vəziyyəti əlverişli olarsa, tikinti planlaşdırılandan daha tez tamamlanacaq.
Minval.info xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu barədə məlumat verib. O, “Nizami”–”28 May” arasında mövcud tunelin istismardan çıxarılacağını və konstruktiv baxımdan ləğv ediləcəyini bildirib. Yeni tunellərin tikintisinin 10-11 ay ərzində başa çatdırılması planlaşdırılır.
Bu müddət ərzində “Yaşıl xətt” üzrə qatarların hərəkəti müvəqqəti olaraq yalnız “Nizami” stansiyasına qədər təşkil ediləcək. Məmmədovun sözlərinə görə, “Yaşıl” və “Qırmızı” xətlərin “28 May” stansiyasında birləşməsi uzun illərdir həllini gözləyən əsas məsələlərdən biridir və bu problemin həlli üçün avqustun 15-dən layihənin ən vacib mərhələsinə başlanılır.
Layihənin birinci mərhələsində “Dərnəgül” stansiyası yaxınlığında elektrik deposunun tikintisinin ikinci mərhələsi tamamlanacaq. İkinci mərhələdə isə “Nizami” və “Cəfər Cabbarlı” stansiyalarını birləşdirəcək yeni tunellər inşa ediləcək. “28 May” stansiyasının yerləşdiyi ərazinin mürəkkəb hidrogeoloji şəraiti səbəbindən tikinti müddəti 10-11 ay hesablanıb, lakin əlverişli şəraitdə işlər daha tez başa çata bilər.
Tikinti dövründə “Qırmızı xətt” üzrə qatarların hərəkəti dəyişməyəcək və “İçərişəhər”–”Həzi Aslanov” marşrutu üzrə fəaliyyət davam edəcək. “28 May” stansiyası da normal rejimdə işləyəcək, lakin “28 May”–”Nizami” istiqamətində qatarların hərəkəti tam dayandırılacaq. Bu səbəbdən “Yaşıl xətt” üzrə qatarlar müvəqqəti olaraq “Dərnəgül”–”Nizami” marşrutu üzrə hərəkət edəcək.
Layihə tamamlandıqdan sonra qatarlar “Dərnəgül”–”Nizami”–”Cəfər Cabbarlı”–”Xətai” marşrutu ilə hərəkət edəcək. Xətlər ayrıldıqdan sonra sərnişinlər “Yaşıl xətt”dən “Qırmızı xətt”ə “Cəfər Cabbarlı”–”28 May” keçidi vasitəsilə, əks istiqamətdə isə “28 May”–”Cəfər Cabbarlı” piyada keçidlərindən istifadə edə biləcəklər.
ƏLAQƏLİ
QHT-lərə milyonlarla dəstək imkanı: Qrant müsabiqəsinə start verilir!
Sərnişin axınının daha rahat idarə olunması məqsədilə əlavə piyada keçidi də inşa edilir. Layihənin növbəti mərhələsi Bakı Metropolitenində sıxlığın aradan qaldırılmasına xidmət edəcək. Bunun üçün qatarlararası intervalların azaldılması nəzərdə tutulur. “İçərişəhər” stansiyasının arxasında və “Xətai” stansiyasından sonrakı istiqamətdə dönmə kameraları inşa ediləcək ki, bu da qatarların xətt üzrə maneəsiz dövrə vuraraq hərəkətini təmin edəcək və hərəkət qrafikinin daha çevik təşkilinə imkan verəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabah Bakıda külək sürprizi: Hansı bölgələrdə təhlükə gözlənilir?
QHT-lərə milyonlarla dəstək imkanı: Qrant müsabiqəsinə start verilir!
Azərbaycanda turistlərin narazılığı: Avtobuslarla bağlı problem nədir?
Rusiyadan ermənistana buğda karvanı: Azərbaycan üzərindən keçən yeni marşrut
Bakıda yol təmiri: 108 küçə və prospektdə nələr dəyişir?