Azərbaycanda sosial şəbəkələr üçün yaş həddi: Uşaqların təhlükəsizliyini necə təmin edək?
Azərbaycanda sosial şəbəkələrdən istifadə üçün yaş məhdudiyyətinin tətbiqi məsələsi gündəmdədir. Bu addımın uşaqların rəqəmsal təhlükəsizliyini təmin etmək və zərərli məzmundan qorumaq baxımından əhəmiyyətli olduğu düşünülür.
Minval.info xəbər verir ki, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu təşəbbüsü dəstəklədiyini bildirib. Onun fikrincə, uşaqların sosial şəbəkələrin mənfi təsirlərindən qorunması üçün belə tənzimləmələr vacibdir.
M.Zeynalova qeyd edir ki, Azərbaycanda sosial şəbəkələrdən istifadə ilə bağlı yaş məhdudiyyətinin tətbiqi beynəlxalq təcrübəyə uyğun bir addım ola bilər. O, bu cür tədbirlərin uşaqları zərərli rəqəmsal məzmun, kiberbullinq və onlayn istismardan qoruyacağını vurğulayır. Lakin yalnız yaş həddinin müəyyən edilməsi kifayət etmir. Qanunun effektiv olması üçün yaşın etibarlı şəkildə təsdiqlənməsi, platformaların hüquqi məsuliyyət daşıması və valideyn nəzarətinin gücləndirilməsi vacibdir.
M.Zeynalova əlavə edir ki, beynəlxalq təcrübə göstərir ki, Fransa, İspaniya və ABŞ-nin bəzi ştatlarında tətbiq olunan 16 yaş modeli Azərbaycan üçün ən uyğun yanaşma ola bilər. Bu model, uşaqları kiberbullinq və onlayn cinsi istismardan qoruyarkən, onların təhsil və rəqəmsal bacarıqlarını inkişaf etdirmək hüququnu da qoruyur. Uğurlu tətbiq üçün yaşın etibarlı verifikasiyası, valideyn nəzarəti və platformaların məsuliyyətinin artırılması kimi mexanizmlər həyata keçirilməlidir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım
Sumqayıtda 12 000 manata tam təmirli mənzillər!