Gürcüstanda enerji böhranı: Təxribat izi axtarılır?
Gürcüstanda yenidən genişmiqyaslı enerji böhranı yaşanıb. Tbilisi də daxil olmaqla bir sıra şəhər və bölgələr saat 20:10-dan etibarən işıqsız qalıb.
Minval.info xəbər verir ki, kəsintinin rəsmi səbəbləri hələ açıqlanmasa da, yaxın zamanda aidiyyəti qurumların rəsmi bəyanat verməsi gözlənilir.
Qeyd edək ki, bu, son bir ay ərzində Gürcüstanda baş verən üçüncü oxşar hadisədir. İyulun 24-ü və 25-dəki kəsintilər zamanı Gürcüstanın Enerji və Su Təchizatı üzrə Milli Tənzimləmə Komissiyası (SEMEK) problemin “İmereti” yüksək gərginlikli ötürücü xəttində baş verdiyini bildirmişdi. Hadisənin miqyasını nəzərə alaraq, Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) təxribat ehtimalı ilə bağlı cinayət işi açaraq araşdırmalara başlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı
Polis "intiqam pornosu" şikayətlərini araşdırmaqda zəiflik göstərir
Bakıda qətl hadisəsi ilə bağlı məhkəmədə yeni ifadələr səsləndi
Azərbaycanda ata 16 yaşlı qızını bacısı oğluna nişanladı