Milevski "Qarabağ"ı gözündə böyütmədi: Dinamo üçün əsas problem nədir?
Keçmiş Kiyev “Dinamo”sunun hücumçusu Artyom Milevski, UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq oyunlar haqqında danışıb.
Minval.info xəbər verir ki, 41 yaşlı futbol veteranı, Ukrayna mətbuatına verdiyi müsahibədə “Dinamo”nun hazırkı performansından narazı olduğunu ifadə edib.
Milevski bildirib ki, “Dinamo” artıq avrokuboklarda dörd oyun keçirib, lakin oyun tərzində heç bir irəliləyiş görmür. O, komandanın hücum xəttinin zəif olduğunu və bu səbəbdən oyun üzərində nəzarətin itirildiyini vurğulayıb.
ƏLAQƏLİ
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Ukrayna millisinin keçmiş oyunçusu, “Qarabağ”ın PAOK-dan daha güclü olmadığını qeyd edib. O, “Qarabağ”ın təcrübəli olduğunu qəbul etsə də, komandanın Bolqarıstanın SSKA klubuna qarşı iki oyunda qol vura bilmədiyini və penaltilər seriyasında məğlub olduğunu xatırladıb.
Milevski, əsas diqqətinin “Dinamo”nun oyununa yönəldiyini və komandanın nəhayət, necə oynamaq istədiyini bilən bir “Dinamo” görmək istədiyini bildirib. O, hücum xəttinin özünü göstərməli olduğunu və müdafiənin daha diqqətli olmasını arzuladığını qeyd edib.
Qeyd edək ki, “Dinamo” və “Qarabağ” arasında ilk qarşılaşma avqustun 6-da Polşada, cavab oyunu isə avqustun 13-də baş tutacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
8 il sonra üzə çıxan cinayət: biznesmen 3 yaşlı qızına təcavüz edirmiş
Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi
Bir gündə 84 nəfər saxlanıldı, 45 cinayətin üstü açıldı
Ana və ögey ata uşaqlara işgəncəyə görə həbs edildi
Ağdamda paltar yuma mübahisəsi ağır cinayətlə nəticələndi
Afət Fərmanqızı məhkəmə qərarı ilə 7 min manat ödəyəcək
Ali Məhkəmə SOCAR-ın keçmiş direktoru ilə bağlı qərarını açıqladı