05.08.2026 - 20:57
Təhsil 17 baxış

Alimlərdən insan sayının azaldılması təklifi: Planetin gələcəyi üçün radikal addım?

Bir qrup alim, dünya əhalisinin XXII əsrin sonuna qədər 8,3 milyarddan 4 milyarda qədər azaldılmasını təklif edir. Onların fikrincə, bu addım təbiətə və resurslara təzyiqi azaltmaq üçün vacibdir.

Minval.info xəbər verir ki, bu təklif “Sustainable Development” jurnalında dərc olunmuş məqalədə irəli sürülüb. Tədqiqatçılar hesab edirlər ki, əhalinin yarıya qədər azalması su, qida və mineral ehtiyatlarına olan təzyiqi azaldacaq, tullantıların və emissiyaların miqdarını aşağı salacaq, həmçinin ərazi və xammal uğrunda mübarizəni yüngülləşdirəcək.

Alimlər, bu prosesin könüllü doğum nəzarəti və qızların təhsilə çıxışının artırılması ilə həyata keçirilməsini təklif edirlər. Onların fikrincə, qadınlar uşaq doğmaqla bağlı tam seçim azadlığı əldə etdikdə, doğum nisbəti təbii olaraq azalır.

Bu demoqrafik keçidin təxminən 200 il çəkəcəyi və təcili inzibati tədbirlər tələb etməyəcəyi qeyd olunur. Bu müddət ərzində ekosistemlərə təzyiqin azalacağı, iqlim dəyişikliyinin yavaşlayacağı və biomüxtəlifliyin qorunacağı gözlənilir. Alimlər, bu uzunmüddətli ssenarinin planetin davamlı gələcəyini təmin edə biləcəyini vurğulayırlar.

Bununla belə, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu baxışın doğru olmadığını bildirir. Onun sözlərinə görə, dünya əhalisinin azaldılması çağırışı yeni deyil və bu nəzəriyyə 1798-ci ildə Robert Maltus tərəfindən irəli sürülüb. Hüseynov, insanların öz nəfsinə hakim olması və israfçılığın qarşısının alınması ilə Yer kürəsinin bütün canlıları yedirtməyə qadir olduğunu vurğulayır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: