Kamran Əliyev sərhəddə şəhid olanların istintaqı haqda göstəriş verdi
Baş prokuror Kamran Əliyev Yardımlı rayonunda sərhəddə silahlı insident zamanı Dövlət Sərhəd Xidmətinin iki əməkdaşının qətlə yetirilməsi haqda cinayət işi ilə bağlı tapşırıq verib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, DSX əməkdaşlarının öldürülməsi, qanunsuz olaraq narkotik vasitələrinin ölkə ərazisinə keçirilməsi ilə bağlı cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun rəhbərliyinin göstərişinə əsasən Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Qeyd edək ki, 15 may tarixində saat 16:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Gendərə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması aşkar olunub. Sərhəd pozucularının açdıqları atəş nəticəsində baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu yaralanıblar. Hərbi qulluqçular dərhal tibb müəssisəsinə təxliyə olunub, lakin həyatlarını xilas etmək mümkün olmayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Prezident Fərman imzaladı
DİN-dən bank kartları ilə bağlı vətəndaşlara ÇAĞIRIŞ
Prezident "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində
Agentliyin sədrinə yeni vəzifə verildi
TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ